Bağdadda üç partlayış — 9 ölü

Bağdadda üç partlayış   — 9 ölü
  • DÜNYA

Ötən gün İraqın paytaxtı Bağdad şəhərində üç partlayış baş verib. Nəticədə 9 nəfər ölüb, 16 nəfər yaralanıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, birinci partlayış Bağdaddan 25 km. şimalda yerləşən buraxılış məntəqəsində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində baş verib.
 
Partlayış zamanı beş qanun keşikçisi ölüb, bir mülki şəxs yaralanıb.
 
İkinci partlayış şəhərin şimal-qərb rayonunda qeydə alınıb. Burada iki nəfər ölüb, 9 nəfər yaralanıb. Üçüncü partlayış paytaxtın cənub hissəsində törədilib. Burada bir nəfər ölüb, 6 nəfər yaralanıb. 
Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR