Bacısının başını kəsən qızın məhkəməsi başlayır

Bacısının başını kəsən qızın məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində Pərvanə Nuriyevanın (1995-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi üzrə məhkəmə istintaqı başlayır.

Ötən il oktyabrın 22-də Xətai rayonu, Xudu Məmmədov küçəsi 18, mənzil 39-da qətl hadisəsi baş verib.

Daxil olan məlumat əsasında Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları həmin mənzildə Günel Nuriyevanın (1994-cü il təv.) meyitini aşkar ediblər, mərhumun Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birində ikinci kursda təhsil alması məlum olub.

İstintaqın gedişatında Günel Nuriyevanın bacısı Pərvanə tərəfindən qəddarlıqla öldürülməsi müəyyən edilib.

Dindirmə zamanı saxlanılan qız bildirib ki, bacısı cinsi azlıq nümayəndəsi olub və evə tanış qızları gətirib.

O, kiçik bacısına bu əməllərinə son qoymasını, anasının yatağına başqalarını gətirməməsini tələb edib. Lakin Günel bacısının xəbərdarlığına məhəl qoymayıb və onlar arasında tez-tez münaqişələr baş verib.

Həmin gün növbəti sözlü mübahisə vaxtı Pərvanə məişət-təssərüfat təyinatlı bıçaqla Günelə çoxsaylı zərbələr endirərək, onu qətlə yetirib, daha sonra isə boğazını kəsib.

Hadisədən sonra o, mənzildəki qan ləkələrini silib, bıçağı yuyub, yerinə qoyub və evdən çıxıb gedib, bacısının meyiti aşkar olunanda isə özünü sözügedən cinayətdən xəbərsiz insan kimi aparıb.

İş üzrə hazırlıq iclası oktyabrın 15-nə təyin olunub.\oxu.az

Xəbər 608 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR