Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini Nurlan Quliyevin (1995-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Aktual.az xəbər verir ki, qətl ötən il sentyabrın 26-da təxminən səhər saat 8 radələrində Pirşağı qəsəbəsində baş verib. Qəsəbəda yaşayan məcburi köçkün, 21 yaşlı Nurlan Quliyev qohumu Maarif Quliyevi (1991-ci il təv.) bıçaqlayaraq öldürüb. Elə həmin gün o Xətai RPİ 34-cü polis bölməsinə gedərək, təslim olub və adam öldürdüyünü bildirib. Dərhal sonra onu inzibati əraziyə nəzarət edən Sabunçu RPİ 15-ci polis bölməsinə təhvil veriblər, fakt üzrə rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən olunub ki, Nurlan Quliyev dayısı oğlu Mahiri qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, sonuncu bir ay əvvəl evlənmək məqsədi ilə Nurlanın bacısı, 18 yaşlı Nurlanəni qaçırıb. Aralarında yaranan mübahisə zamanı Nurlan Quliyev Mahir Quliyevin döş qəfəsində bıçaqla zərbələr endirib və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. Yaralanan şəxs kəskin qanitirmədən dünyasını dəyişib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış aprelin 18-nə təyin edilib.
Xəbər 627 dəfə oxunub.