Bacı qatili: Ana, məni bağışlaya bilərsən?

Bacı qatili:   Ana, məni bağışlaya bilərsən?

Cavadov istintaqa bəyan edib ki, ailənin rüsvayçılığını qanla yuyub.

Dünən paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində qardaş öz bacısını qətlə yetirib.    

Aktual.az  xəbər verir ki, bu barədə Sputnikə rayon Polis İdarəsindən bildiriblər. 

Cinayət saat 16:30 radələrində Sabir küçəsində yeləşən 27 nömrəli evdə baş verib. Burada yaşayan 25 yaşlı Cavadov Seyidmirəli Seyidkamil oğlu ailəli olan böyük bacısı İzzət Cavadovaya çoxsaylı bıçaq zərbələri vurub. Aldığı zərbələrdən qadın hadisə yerində keçinib. 

Bacı və qardaş arasındakı münaqişəyə qətlə yetirlənin əri 1984-cü il təvəllüdlü Cavadov Vüsal Seyidrəhim oğlu müdaxilə edib, o, Seyidmirəli Cavadovun həm də əmisi oğludur.  

Vüsal Cavadov arvadının öldürülməsinə mane olmağa çalışıb, amma müdaxilə etdiyi davada özü də sinəsindən yaralanıb və 3 saylı şəhər klinikasına (keçmiş Sabunçu) yatırılıb. 

Məlumdur ki, bacı qatili törətdiyi əməldən sonra anasına yaxınlaşaraq ondan:

“Ana, məni bağışlayacaqsan?” deyə soruşub anası isə cavabında “bağışlayıram” deyib. Daha sonra Cavadov polisə gələrək əməlini etiraf edib. 

İlkin istintaq zamanı məlum olub ki, iki gün öncə iki azyaşlı uşağı olan İzzət Cavadova itkin düşüb. Qadın uşaqları sahibsiz qoyaraq evdən gedib.

Saxlanılan Cavadovun sözlərinə görə, bacısının ərinə xəyanət etməsindən şübhələnib. Axşam isə o tapılıb, özü ata evinə gəlib. 

Bacısını astanada görən qardaşı onu ittiham etməyə başlayıb. Qadın özünə bəraət qazandırmağa çalışıb. Amma bu cəhdlər anladığınız kimi boşa çıxıb. 

Cavadov istintaqa ailənin rüsvayçılığını qanla yuduğunu bildirib. 

Bilərəkdən adam öldürmə faktı üzrə AR CM 120-ci maddəsi ilə cinayət işi açılıb. 

Xəbər 598 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR