Valideynlər məktəbə gedən uşaqlarının çantasına müxtəlif qidalar yığır. Məqsəd onun qayğısına qalmaq olsa da bəzi qidalar bunun əksinə səbəb olur. Düzgün seçilməyən qidalar uşaqda sonradan müxtəlif xəstəliklərə yol açır.
Aktual.az xezerxeber.com-a istinadən bildirir ki, sağlam qidalanma vərdişi uşaqlarda məktəb vaxtlarından başlasa da bəzi valideynlər bu qaydanı pozurlar. Həkimlər xəbərdarlıq edir ki, çantaya yığılan bəzi qidalar, xüsusilə də ibtidai sinif yaşlarındakı uşaqların sağlamlığına təhlükə yarada bilər.
Bəs şagirdlərin çantasında hansı qidaların qoyulması məsləhət görülür. Terapevt Şəmsiyə Namazlı deyir ki, ilk növbədə se vitamini ilə bol meyvə və ərzaqların qoyulması məqsədə uyğundur.
Bununla yanaşı yumurta, meyvə-tərəvəzlə zəngin salatlar da faydalıdır. Şirin kökələrin və şirin suların istifadəsi isə məsləhət görülmür.