Babayan: Bu təklifləri verək, Bakı qəbul edəcək

Babayan: Bu təklifləri verək, Bakı qəbul edəcək

Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı Xankəndi şəhərində yerləşən separatçılardan biri, Birinci Qarabağ müharibəsində əli azərbaycanlıların qanına batan Samvel Babayan (özünü qondarma "vahid vətən partiyası”nın sədri kimi təqdim edir) yeni təkliflərlə çıxış edib.
Aktual.az xəbər verir ki, o, "Azadlıq” radiosuna açıqlamasında Ağdam və Laçın yolunun eyni vaxtda açılmasını təklif edib.
Bununla bərabər, Babayan yolun açılması və 5-10 yük maşını yardımın gəlməsi ilə problemin həll edilməyəcəyini diqqətə çatdırıb. Babayan deyib ki, paket həll üçün təkliflər təqdim edilməli, o cümlədən Qarabağı taleyi və "status”nun necə olacağı aydınlaşmalıdır.
O, Bakının bu təkliflərə razılaşacağına inandığını deyib.
Babayan əlavə edib ki, üzərində işlədiyi 20-yə yaxın bənddən ibarət təkliflərini ictimaiyyətə açıqlayacaq.
Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR