Nəsimi rayonu ərazisində yaşayan azyaşlı 4-cü mərtəbədən yıxılaraq ölüb.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 14-də Nəsimi rayonu ərazisində yaşayan azyaşlı Nihat Nağıyev evlərinin eyvanından (4-cü mərtəbə) yıxılıb.
Uşaq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.