AzTV–nin əməkdaşı Elgün Qənbərov 29 il bundan əvvəl Şuşada şəhid olan qardaşının məzarını tapıb.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Elgün Qənbərov bildirib ki, qardaşı Qənbərov İsrafil İnqilab oğlu 1991-ci il mart ayının 14 də şəhid olub:
"Məzarı Şuşa şəhərindəki qəbiristanlıqdan tapdıq. Məzarın çətinliklə ona aid olduğunu bildik, vəhşilər qəbirləri də dağıdıblar. Hətta qəbiri qazmaq istəyiblər”.
Xəbər 690 dəfə oxunub.