Bu gün Bakı Apellyasiya Məhkəməsində “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün verilmiş apellyasiya şikayətinə baxılıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, M.Məmmədovun apelyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.