Masallı rayonunda “Aztelecom” MMC-yə məxsus rabitə kabelinin 250 metrlik hissəsini kəsərək oğurlayan rayon sakini İ.Mustafayev tutulub.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 3-nə keçən gecə Masallı rayonunun Səmidxan kəndində “Aztelecom” MMC-yə məxsus işlək vəziyyətdə olan yeraltı rabitə kabelinin 250 metrlik hissəsi kəsilərək oğurlanıb.
Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayon sakini İlqar Mustafayev tutulub.