Ceyhun Məmmədov "Azpetrol LTD" MMC-nin yeni direktoru təyin edilib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu şirkətdən deyiblər.
C. Məmmədov 1999-cu ildən şirkətdə müxtəlif vəzifələrdə işləyib. Bu təyinatadək şirkətin Əməliyyat departamentinin rəhbəri vəzifəsində çalışıb.