“Azəryol” daha 2 voleybolçu aldı – FOTO

“Azəryol” daha 2 voleybolçu aldı –   FOTO

“Azəryol” heyətini gücləndirməkdə davam edir. 

Aktual.az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycanı CEV kubokunda təmsil edəcək Bakı təmsilçisi daha 2 voleybolçunun keçidini rəsmiləşdirib.

Yeni mövsümdə tailandlı Malika Kanzonq və amerikalı Loren Vayt komandanın uğurları üçün çalışacaq. Hücumçu olan hər 2 legionerlə 1 illik razılıq əldə olunub.

Onlardan Kanzonq Azərbaycan Super Liqası üçün tanış simadı. 177 sm boya malik 28 yaşlı Malika 2012/2013 mövsümündə “İqtisadçı”da oynayıb və çempionatı gümüş medalla bitirib.

Tailand millisinin universal voleybolçusu tarixə qovuşan Bakı klubundan ayrıldıqdan sonra “Jakarta Pertamina” (İndoneziya) və “Naxonnont”ın (Tailand) formasını geyinərək, birincilərlə ölkə çempionu olub. Kanzonq, həmçinin “Federbrau” (Tailand, 2008-2009), “Ereğli Belediyyəspor” (Türkiyə, 2009-2010), “Fujian” (Çin, 2010-2011), “Çanq” (Tailand, 2010-2011) və “Saijo Denki” (Tailand, 2011-2012) klublarında da çıxış edib. 3 dəfə Asiya Çempionlar Liqasının qalibi olan (2009, 2010, 2011) hücumçu 2012-ci ildə bürünc medalla kifayətlənib. O, həmin voleybol ilində Tailand çempionluğunu da qazanıb.

Millisinin heyətində Asiya çempionatının 2 dəfə qızıl (2009, 2013) və 2 dəfə bürünc mükafatına (2007, 2015) yiyələnən voleybolçu 2009-cu ildə topu oyuna ən yaxşı qəbul edən seçilib. O, bununla yanaşı 2012-ci ildə qitə kubokunun çempionu adına sahib olub. Malika analoji yarışın 2008-ci ildə bürünc, 2 il sonra gümüş medalını qazanıb.

“Azəryol”un digər yeni oyunçusu Vayt ölkəsinin Corc Vaşinqton Universitetinin komandasından transfer olunub. Böyük perspektiv vəd edən və ixtisasca riyaziyyatçı olan 24 yaşlı voleybolçu əsasən ABŞ-da məktəblərarası və universitetlərarası yarışlarda adından söz etdirib.

Qeyd edək ki, Bakı klubu daha öncə Kinqa Kasprjak (Polşa), Stefani Niemer, Janell Saykes (hər ikisi ABŞ) və Marin Apitzlə (Almaniya) müqavilə bağlayıb. 

 
Xəbər 658 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR