Binəqədi rayon Sukanal İdarəsi yeni ünvana köçürülüb.
Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildirilib.
“Binəqədi rayon Sukanal İdarəsi hazırda Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 101 ünvanında yerləşir.
Abunəçilər su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı yaranmış suallarla əlaqədar yeni ünvana müraciət edə bilərlər”, - deyə, “Azərsu” dan qeyd edilib.
Əlaqə telefonu: (012) 562-14-17; (012) 562-25-54, Qaynar xətt 955