Zaqatalada "Azərpoçt" MMC-nin filialı qarət olunub.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, rayonun Muğanlı kənd sakinlərinin verdiyi məlumata görə, aprelin 27-də gecə saatlarında "Azərpoçt" MMC-nin kənd ərazisində fəaliyyət göstərən filialı naməlum şəxslər tərəfindən yarılıb.
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hələlik kimliyi müəyyənləşdirilməmiş şəxs və yaxud şəxslər filialdan içərisində 480 manat və sənədlər olan seyfi oğurlayıblar.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.