"Azərpoçt"un 18 əməkdaşı işdən çıxarıldı


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində struktur islahatları davam edir.

Aktual.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, son bir həftə ərzində nazirliyə məxsus "Azərpoçt" MMC-nin 18 nəfər əməkdaşı işdən azad edilib.

Bu şəxslərin əksəriyyəti ilə vaxtı başa çatmış müqavilələr yenilənməyib.

Eyni zamanda nazirliyin "Rabitə dünyası" qəzetinin də fəaliyyəti dayandırılıb. Qəzetdə çalışanların əksəriyyəti ilə də müqavilələr yenilənməyib.

Məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni rəhbərliyi struktur islahatların aparılması ilə kollektivin daha da mobilləşdirilməsi və izafi xərclərin azaldılması istiqamətində işlər aparır.

Xəbər 597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR