"Azərpoçt" rayonlarda rəqəmsal dekoderlərin satışına başlayacaq


Rəqəmsal TV dekoderlərinin rayon poçt şöbələrinə və filiallarına çatdırılması noyabrın 25-dən sonra başlayacaq.

Aktual.az bildirir ki, bu barədə Trend-ə Azərpoçt MMC-dən məlumat verilib.

Məlumatda deyilir ki, rayonlarda dekoderlərin satışı dekabrın 1-dən başlayacaq. Bu, həmin tarixdən etibarən Azərbaycan ərazisində analoq yayımın dayandırılması ilə bağlıdır.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında analoq TV yayımı noyabrın 1-i saat 00:00-dan etibarən dayandırılıb.

Hazırda rəqəmsal dekoderlər Bakıda və Abşeron yarımadasında poçt şöbələrində satılır. Dekoderlərin satış qiyməti 22 manat təşkil edir.
 

Aktual.az

Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR