"Azərpoçt” MMC "2019-2023-cü illər üçün strateji plan”ın hazırlanması üçün məsləhət xidmətlərinin satınalınması ilə bağlı elan etdiyi tenderin nəticələrini açıqlayıb.
"Report”un əldə etdiyi məlumata görə, tenderin qalibi Azərbaycan Bank Tədris Mərkəzi olub.
Dekabrın 14-də Azərpoçt” və Azərbaycan Bank Tədris Mərkəzi dəyəri 11 800 manat olan satınalma müqaviləsi imzalayıb.
Aktual.az
Xəbər 545 dəfə oxunub.