“Azərişıq”ın rəhbərliyi Yardımlıda vətəndaşları qəbul edib

“Azərişıq”ın rəhbərliyi Yardımlıda vətəndaşları qəbul edib

Bu gün "Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov Yardımlıda vətəndaşları qəbul edib.

ASC-dən Aktual.az-a verilən məlumata görə, qəbulda Masallı və Yardımlıdan olan vətəndaşlar iştirak ediblər.
Əhalinin müraciətləri dinləyən "Azərişıq” rəhbəri bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb. Bir sıra araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.
Qurumun fəaliyyət istiqamətlərinə aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.
Xəbər 271 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR