Redaksiyamıza daxil olmuş məlumatda Azərişıq ASC-nin Qaradağ rayon enerji satışı şöbəsinin müdiri Canəhməd Əhmədovun istehlakçılara enerji satışındakı maxinasiyasından bəhs olunur
Belə ki, o, Qardağ rayonunda yerləşən böyük ticarət obyektlərinin və istehsal müəssisələrinin yerləşməsindən məharətlə istifadə edib.
Onun “ Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin yaxın adamı olduğu da bildirilir. Mənbə qeyd edir ki , o “Azərişıq”-da yüksək post tutan məmurlardan birini də özünə himayəçi tutmağa nail olub. Binə , Sədərək və Meyvəli kimi iri ticarət obyektlərinə enerji satışındakı maxinasiyalardan külli miqdarda vəsait əldə etməsi isə xüsusilə vurğulanır.
Bu vəsaitin müəyyən hissəsinin öz himayədarlarının bığlarını yağlamağa sərf edən Canəhməd Əhmədovun əyləşdiyi kreslosunu daha da möhkəmləndirdiyi iddia olunur. Əks halda onun bu vəzifədə qalması çox möcüzəli görünərdi. Əyləşdiyi kresloda saqqız çeynəyərək abonentləri təhqiramiz ifadələrlə qarşılamaq, artıq onda vərdiş halını alıb.
Mənbə bildirir ki, C.Əhmədovun doğulduğu Qusar rayonunda bir neçə obyekti var ki,”KARVAN” motel-restoran şəbəkəsi də bunlardan biridir. Yerli sakinlərin dediyinə görə bu obyekt təyinatı üzrə deyil, priton kimi də fəaliyyət göstərir.
C.Əhmədovun eyni zamanda Bakıda da bir neçə mulkə sahib olduğu bildirilir. Özünü və bütün ailə üzvülərini bahalı maşınlarla təmin edən məmurun aylıq məvaciblə bütün bunlara nail olması absurddur. Aidiyatı qurumların məsələyə müdaxiləsi vacibdir. (yenimeydan.info)
Xəbər 1593 dəfə oxunub.