"Azərişıq" ASC 2023-cü ili 14,728 milyon manat xalis mənfəətlə başa vurub.
Aktual.az xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 3,8 dəfə azdır.
Ötən il səhmdar cəmiyyətinin elektrik enerjisinin satışından gəlirləri 1 milyard 619,371 milyon manat (əvvəlki ilə nisbətən 5,1 % çox), satışının maya dəyəri 1 milyard 379,874 milyon manat (4,6 % çox), paylama xərcləri 58,586 milyon manat (7,4 % çox), inzibati xərcləri 107,159 milyon manat (16,6 % çox), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 13,508 milyon manat (əvvəlki il gəlir olub), sair gəlirləri 67 min manat (19,65 % çox), sair xərcləri 3,15 milyon manat (51,3 % az), xalis maliyyə xərcləri 25,589 milyon manat (2,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 16,844 milyon manat (2,2 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərişığ"ın aktivləri 3 milyard 237,913 milyon manat olub ki, bu da illik müqayisədə 11,05 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 10,3 % artaraq 768,033 milyon manata, balans kapitalı isə 11,3 % artaraq 2 milyard 469,88 milyon manata çatıb.
Xatırladaq ki, "Azərişıq" ölkə Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəcamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 678,705 milyon manatdır.
Xəbər 533 dəfə oxunub.