Özəlləşdirmə qlobal məsələdir və "Azərenerji”yə tabe olan müəssisələrdə lazım gəlsə belə bir addımlar atılacaq. Hazırda isə bu sahədə addımların atılması tezdir.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev deyib.
E.Pirverdiyevin sözlərinə görə, ölkə əhalisinin payız-qış mövsümündə elektrik enerjisi ilə təminatı sahəsində problemi olmayacaq:
"Havaların soyuması və yağışın bəzi stansiyalara müəyyən təsiri olub. Buna baxmayaraq, işlər normal şəkildə davam edir”.
Xəbər 298 dəfə oxunub.