"Azərenerji" Açıq Səhmdar Cəmiyyətində əmək müqaviləsinə xitam verilmiş işçilərə kompensasiya ödənilir.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində enerji sistemi yenidən qurulub və modernləşdirilib, maddi-texniki baza müasirləşdirilib. Bu zaman yeni və müasir texnika və texnologiyalar tətbiq edilib ki, bu da hər bir işçidən müvafiq biliklər, yüksək peşə hazırlığı tələb edir.
Bildirilib ki, Səhmdar Cəmiyyətin tabeçiliyində olan müəssisələrdə çalışan, lakin ixtisas və bilik səviyyəsi bu tələblərə cavab verməyən 250 nəfərədək işçi ilə ötən ilin sonunda başa çatan əmək müqaviləsinin müddəti uzadılmayıb, onların hər birinə, mövcud əmək qanunvericiliyinə əsasən, müvafiq kompensasiya ödənilib.
"Azərenerji" ASC ixtisas və bilik səviyyəsi enerji sisteminin müasir texnoloji tələblərinə və idarəetmə prinsiplərinə cavab verən mütəxəssislərin müsabiqə əsasında işə qəbulunu davam etdirir.