Ölkədə
kibertəhlükəsizlik sahəsində maarifləndirmə
səviyyəsinin artırılmasını hədəfləyərək Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin təşkilatçılığı, "Azercell Telekom” MMC, "Kaspersky” şirkətinin
dəstəyi ilə ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün xüsusi
təlim keçirilib. Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının
Tətbiqi və Tədrisi Mərkəzində baş tutan təlimə video-konfrans vasitəsilə
Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ kimi regionlardan
müəllimlər qoşularaq, sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, uşaq
və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları ilə
yaxından tanış olublar. Təlimdə 70 ümumi
təhsil müəssisəsinin 100 informatika müəllimi iştirak edib.
Qeyd edək ki, virtual dünyada uşaqların
təhlükəsizliyinin təmin edilməsini prioritet hesab edən Azercell şirkəti, 2018-2019-cu
illər ərzində ölkəminiz müxtəlif bölgələrini əhatə edərək, təhsil müəssisələrində
uşaqlar, valideynləri və müəllimlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq”
mövzusunda təlimlər təşkil edib. Təkcə son 1 il ərzində 588 şagird, 78 müəllim
və 76 valideyn kibertəhlükəsizlik mövzusunda maarrifləndirilib. Azercell-in təşəbbüsü
və təşkilatçılığı ilə keçirilən bu təlimlərdə "Azərbaycan Müəllim İnkişafı Mərkəzi”nin
mütəxəssisləri tərəfindən uşaqlara internetdəki təhlükəli oyunlar, ekstremizm
çağırışları, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti kimi mövzulardan bəhs edilib. Müəllim və valideynlər
isə, öz növbələrində, qurğuların kibertəhlükələrdən mühafizəsi, login və
parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları, uşaqlar üçün
yaradılmış təhlükəsiz resursların siyahıları və internetdən təhlükəsiz istifadənin
əsaslarını öyrədən materiallar ilə tanış olublar.
Xatırladaq ki, Azercell internetdən təhlükəsiz
istifadə istiqamətində fəaliyyətini, həmçinin innovativ texnologiyalar vasitəsilə
sosial məsuliyyət sahəsində təşəbbüslər ilə də davam edir. Belə ki, ötən il
Azercell dünyanın ən məşhur mobil ticarət həlləri təminatçısı DOCOMO Digital ilə
"Azercell Kids" (kids.azercell.com) adlı həm təhsil, həm də əyləncə məzmunlu
eksklüziv mobil tətbiqi istifadəyə verib. Valideyn nəzarətinə tam zəmanət verən
"Azercell Kids” uşaqları yaş filtrasiyası olan populyar rəqəmsal məzmun ilə təmin
edib.
Daha ətraflı məlumat
üçün
[email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın
mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi
ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir.
Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə
əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə
əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir
sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası,
öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111),
7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində
5G texnologiyası, mobil və onlayn müştəri
xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza
xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və
Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio
siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə
ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların
nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları
arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB
məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına
layiq görülən yeganə şirkətdir.
Xəbər 763 dəfə oxunub.