İsveç şirkəti Azərbaycanı tərk edir.
TeliaSonera tədricən “Avrasiya” regionunda fəaliyyətinə son qoyaraq, bütün diqqətini “Avropa” regionuna və İsveç bazarına yönəldəcək, telekommunikasiya şirkətinin mətbuat xidməti cümə axşamı bildirib, Aktual.az İnterfaks-a istinadən xəbər verir.
“Proses “Avrasiya” regionunda iştirakı azaltmaq və bir müddət sonra onu tamamilə tərk etmək üçün başlanılıb”, - deyə, şirkətin bəyanatında qeyd olunur.
TeliaSonera “Avrasiya” regionuna keçmiş SSRİ ölkələri – Qazaxıstan, Özbəkistan, Tacikistan, Azərbaycan, Moldova, Gürcüstan, həmçinin Nepalı aid edir.
Qeyd edək ki, TeliaSonera Azərbaycanın Azercell mobil operatorunun səhmlərinin 38,1%-nə sahibdir.