Azercell Telekom 2019-cu ilin dekabr
ayının 3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçirilmiş "Bakutel”- Azərbaycan
Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin
25-ci Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində
iştirak edib. "Bakutel
2019” sərgisində bütün ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan şirkət
stendi təşkilatçılar tərəfindən "Ən yaxşı stend dizaynına görə” xüsusi
sertifikatla təltif edilib.
Azercell hər il olduğu kimi, bu il də mobil rabitə və telekommunikasiya sahəsinin
ən innovativ layihələrini öz stendində sərgiləyib. 6 000-dən çox iştirakçı tərəfindən
ziyarət edilmiş Azercell-in ənənəvi stendində innovativ, həm biznes, həm də
asudə vaxt üçün faydalı yeniliklər təqdim edib. Xatırladaq ki, "Bakutel 2019” sərgisinin
keçirildiyi dörd gün ərzində Azercell bütün sərgi iştirakçılarını stenddəki
mobil telefon və böyük ekran üzərindən 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli
internetin üstünlüyünün şahidi olmaqla ən son nəsl mobil
texnologiyanın real sürətini hiss etməyə imkan yaratdı. Bundan əlavə, 5G şəbəkəsi
üzərindən 5G Multisensor, 5G
Konfrans, 5G Oyunlar və digər rəqəmsal həllər yerli və beynəlxalq qonaqların test
rejimində istrifadəsi üçün təqdim edildi.
Ötən ay Bakının Fəvvarələr Meydanında ilk dəfə 5G sürət
sınağını həyata keçirən Azercell şirkəti hazırda 5G, Süni İntellekt (Aİ) və Əşyaların
İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə,
şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. Şirkətin hədəfi
gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran
texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutaraq yüksək sürətli mobil
internet və daimi bağlantını bütün abunəçilər üçün təmin etməkdir.
Daha ətraflı məlumat
üçün
[email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və
qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell
Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi
Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal
altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8%
təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz
Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri,
24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri,
M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən
müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in
sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a
yaxın bölgəsini əhatə edir. Lider operator LTE
şəbəkəsini gücləndirərək və genişləndirərək son bir ildə əhali əhatəsində 118%,
coğrafi ərazi əhatə dairəsinisə 364% yüksəlişə nail olmuşdur. Radio
siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə
ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə
əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən
yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq
"İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə
şirkətdir.
Xəbər 283 dəfə oxunub.