Ölkənin aparıcı mobil operatoru 23-cü ildönümü ilə əlaqədar hər kəsi xüsusi İnstaqram yarışmasına dəvət edir.
1996-cı il 15 dekabr tarixində, Azərbaycanın ilk GSM mobil operatoru - Azercell Telekom ölkənin keçmiş prezidenti Heydər Əliyev tərəfindən edilən ilk mobil zəngi ilə fəaliyyətinə təkan verdi.
23-cü ildönümünü öz abunəçiləri ilə birgə qeyd etməyi arzulayan Azercell 15 dekabrda rəsmi İnstaqram səhifəsi vasitəsilə xüsusi müsabiqə-viktorina elan edir. Müsabiqə yerli vaxtla 11.00-da başlayaraq, axşam 22.00-a qədər davam edəcək. Belə ki, hər 30 dəqiqədən bir İnstaqramda Azercell, onun məhsulları və xidmətləri ilə bağlı 23 sual yerləşdiriləcək və bu suallara ilk və düzgün cavab verən iştirakçılar şirkətdən hədiyyələr qazanacaqlar. 23 qeyri-adi super priz və 230 sürpriz hədiyyə öz sahibini gözləyir.
İnstagram profilinə sahib olan hər kəs yarışmada iştirak edərək suallara cavab verə və qalib gələ bilər. Daim yenilənən İnstagram səhifəmizi izləyin və 23-cü ildönümümüzdə bizdən müstəsna hədiyyələr qazanmaq şansını qaçırmayın:
https://www.instagram.com/azercell/
Azərbaycanda etibarlı və ən qabaqcıl mobil rabitə həllərini təqdim edən Azercell 23-cü ildönümü sevincini abunəçiləri ilə bölüşməkdən böyük məmnunluq duyur.
Daha ətraflı məlumat üçün aşağıdakı linklərdən yararlanmaq olar:
www.azercell.com
https://www.instagram.com/azercell/
Daha ətraflı məlumat
üçün[email protected]ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və
qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell
Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi
Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal
altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8%
təşkil edir.Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz
Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri,
24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri,
M2M, 4Gvə test rejimində 5Gtexnologiyası,
mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri,
mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi
Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə
edir.Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə
dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış
araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil
operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə
və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl
Sertifikatına layiq görülən yeganə şirkətdir.