Azercell-dən abunəçilərinə xüsusi “Yeni il” kampaniyası

Azercell-dən  abunəçilərinə xüsusi “Yeni il” kampaniyası

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom yeni il ərəfəsində abunəçilərinə sərfəli kampaniyalar təqdim etməkdə davam edir.

Şirkət  16 Dekabr 2015-ci il tarixindən etibarən fakturalı xətt abunəçiləri üçün xüsusi “Yeni İl” kampaniyasına başlayır. Kampaniya çərçivəsində bütün mövcud və mobil nömrə daşıma xidməti ilə Azercell şəbəkəsinə keçən fakturalı xətt abunəçiləri çox sərfəli qiymətlərlə iPhone 6 və iPhone 6+ telefonu əldə edə bilər. Kampaniyadan yararlanmaq üçün abunəçilər  Azercell diler şəbəkələrindən və Azercell Ekspress Ofislərindən güzəştli şərtlərlə “Hədsiz” tarifinə qoşulub  iPhone 6 (16 GB), iPhone 6 (64 GB) və iPhone 6+ (64 GB) telefonu almalıdırlar. Abunəçi bu telefonları əldə etdikdən sonra 18 faktura dövrü ərzində müvafiq olaraq 99 AZN, 109 AZN və 119 AZN alylıq abunə haqqı odəməli olacaq. Kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz” tarif paketi növbəti gündən aktivləşdirilir. Abunəçi  kampaniyadan yalnız öz nömrəsi ilə yararlana bilər. Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Kampaniya çərçivəsində bir nömrəyə yalnız bir IMEI tətbiq etmək mümkün olacaq.

Azercell-in 4,5 milyonluq abunəçi ailəsinə qoşulmaqla, siz də şirkətin təqdim etdiyi kampaniyalardan yararlanmaq imkanı qazanın! Həm özünüzə, həm də sevdiklərinizə bayram hədiyyəsi edin.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz    

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,2% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR