"Azercell" cəbhə xəttindəki abunəçilərinə 1 saat pulsuz danışıq hədiyyə edib


"Azercell" şirkəti cəbhə xətti boyunca döyüşlər gedən ərazilərdə - Füzuli, Ağdam və Tərtərdə olan abunəçilərinə şəbəkə daxili 60 dəqiqə pulsuz danışıq hədiyyə edir.

Mobil operatordan verilən məlumata görə, abunəçilər hədiyyə dəqiqələrindən 1 ay ərzində istifadə edə bilərlər. 2 aprel 2016-cı il tarixindən "Azercell"in texniki qrupu cəbhə bölgəsində kəsintisiz rabitəni təmin etmək üçün gərgin iş rejimində çalışır. Şirkətin hal-hazırda cəbhə xəttinə yaxın 70 stansiyası var. Onların 35%-dən çoxu avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. "Azercell"in işçi qrupu tam həcmli xidmət göstərmək məqsədilə cəbhə xətti boyunca və ətraf ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində çalışır.

Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR