Azərbaycanlının Almaniyada şok cinayəti üzə çıxdı

Azərbaycanlının Almaniyada şok cinayəti üzə çıxdı

Almaniyada qətl törətməkdə şübhəli bilinən azərbaycanlı Elçin Ağayevin ilk məhkəmə prosesi yanvarın 9-na təyin olunub.
Aktual.az Report-a istinadən xəbər verir ki, məhkəməyə təqdim edilən istintaq materiallarında E.Ağayevin Ukraynada cinayət törətdiyi və buna görə məhkumluq həyatı yaşadığı məlum olub.
Belə ki, o, Ukraynada yaşayarkən keçmiş sevgilisini əvvəlcə bıçaqlayıb, daha sonra onu balta ilə qətlə yetirib.
E.Ağayevin bu cinayəti ilə bağlı detallar Almaniyada məhkəməyə təqdim edilən cinayət işinə əlavə edilib. Eyni zamanda onun Ukraynadakı cinayəti ilə bağlı lazımı sənədlərin məhkəmə hazırlıq iclasına qədər əldə edilməsi məqsədi ilə Ukrayna Ədliyyə Nazirliyinə müraciət edilib.
Xatırladaq ki, E.Ağayev bu il iyunun 18-də Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirib. Mərhumun həyat yoldaşı Nadine istintaqa ilkin ifadəsində bildirib ki, E.Ağayev onun ərini qısqanclıq zəminində öldürüb.
E.Ağayev Ukraynada müharibə başlayandan sonra birlikdə yaşadığı Olqa adlı xanım və iki uşaqla Almaniyaya gəlibmiş. Onlar Andrej və Nadine adlı cütlüyün evində qonaq kimi qalıblar.
Almaniyada bir aydan çoxdur axtarışda olan Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılmışdı.
Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR