Azərbaycanlıların kəndinə 250 milyona magistral yol çəkir

Azərbaycanlıların kəndinə 250 milyona magistral yol çəkir

Gürcüstan hökuməti yeni Rustavi-Sadaxlo (Sadıxlı) avtomobil yolunun tikintisi üçün Marneuli rayonunda Ermənistanla sərhədə qədər torpaq sahələrini mülkiyyətçilərdən satın alır.
Aktual.az xəbər verir ki, bu barədə "Novosti-Georgia” portalı məlumat yayıb.
"Layihə Şərq-Qərb Beynəlxalq Yolu layihəsi üçün kredit sazişi çərçivəsində Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdirilir. Mövcud yola paralel uzanacaq yeni marşrut xətti dördzolaqlı olacaq, uzunluğu 11 körpü və keçid daxil olmaqla 30 kilometrə çatacaq. Tikinti 250 milyon avroya başa gələcək”, - məlumatda deyilir.
Xəbər 216 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR