Sülh müqaviləsi layihəsində azərbaycanlıların Ermənistana qayıtması ilə bağlı bənd yoxdur.
Aktual.azxəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
O bildirib ki, sülh müqaviləsinin məzmunu ictimaiyyətdən gizlədilmir:
"Bu proses şəffafdır, sizi proseslərdən daim xəbərdar edirik, görüşlərlə bağlı press-relizlər yayılır, həm baş nazir, həm də XİN mütəmadi olaraq məzmun barədə məlumat verir”.
Nazir müavini bildirib ki, artıq razılaşdırılmış məqamlar ölkələr arasında diplomatik münasibətlərin qurulması və digər mövzularda müzakirələrin davam etdirilməsi üçün kifayətdir.
Xəbər 223 dəfə oxunub.