Qazaxıstanın Almatı şəhərində bir qrup azərbaycanlı toy kortejində avtomobillərlə təhlükəli hərəkətlər ediblər və havaya atəş açıblar.
Aktual.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılan kimi Qazaxıstan polisi hərəkətə keçib və xuliqanlıq əməlinin bütün iştirakçılarını elə toy mərasiminin keçirildiyi yerdəcə saxlayıb.
Almatı polisinin mətbuat xidmətinin məlumatına görə, saxlanılanlardan Gürcüstan sakini, 1989-cu ildə anadan olmuş Musayev Elçin "Lexus GS-300" markalı avtomobillə yol hərəkəti qaydalarını dəfələrlə pozub, qəza şəraiti yaradıb. Nəticədə onu bir neçə maddə ilə təqribən 80 min təngə (1 dollar=349 təngə) cərimə ediblər.
Xuliqanlıq əməlininin digər iştirakçısı, Azərbaycan vətəndaşı, 1994-cü ildə anadan olmuşAbdullayev Vüsal Faiq oğlu "BMW 750i" markalı avtomobillə yol hərəkəti qaydalarını dəfələrlə kobud şəkildə pozuduğu üçün üst-üstə 40 min təngəyə yaxın cərimə ödəməli olacaq.
Gürcüstan sakini, 1995-ci ildə anadan olmuş Zəkəriyyəyev Elxan isə "Mercedes" markalı avtomobillə dəfələrlə qəza şəraiit yaratdıı üçün üst-üstə 70 min təngəyə yaxın cərimə cəzası ilə üzləşib.
Qazaxıstan vətəndaşı, 1995-ci ildə anadan olmuş Yusubov Ruslan Vəfadaroğlu isə "Toyota Land Cruiser" avtmobili ilə qəza şəraiti yaradıb, dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Nəticədə 40 min təngəyə yaxın cərimə ilə cəzalandırılıb.
Kortejin digər iştirakçısı, Qazaxıstan sakini Əsgərov Rəşad Nizami oğlu isə "Toyota Land Cruiser" avtomobilinin dövlət nömrə nişanlarını açıb və qatı avtoxuliqanlıq hərəkətlərinə yol verib. Onun avtomobili cərimə dayanacağına aparılıb. Habel kortejdə havaya odlu silahdan atəş açılması ilə bağlı cinayət işi qaldırılıb və atəş açanların müəyyən edilməsi üçün istintaq hərəkətləri aparılır.