Azərbaycanlılar dünyada 3-cü yerdə

Azərbaycanlılar dünyada 3-cü yerdə

"Euromonitor International" şırkəti dünyada ən çox çay və qəhvəyə meyilli ölkələri müəyyənləşdirib.

Aktual.az bildirir ki, bu barədə Trend "Vokruq sveta" jurnalına istinadən xəbər verir.

Dünyada çay içkisini ən çox sevən ölkə Özbəkistan olub. Burada 99,6 % əhali hər gün çay içir. Siyahıda Özbəkistandan sonra Keniya, Azərbaycan, Pakistan, Çin, Misir, Qazaxıstan, Nigeriya və Hindistan gəlir. Böyük Britaniya reytinqin 15-ci yerindədir - bu ölkədə 78,4 % əhalinin çaya sevgisi var.

Qəhvəni ən çox istifadə edən ölkə isə Qvatemaladır. Burada əhalinin ancaq 0,4 %-i çay içir, digər faiz əhali qəhvəyə üstünlük verir. Qvatemaladan sonra qəhvəni sevən ölkələr sırasında Dominikan Respublikası, Braziliya, Kosta-Rika, Yunanıstan, Kolumbiya, Filippin, Danimarka və Venesuela gəlir.

Əhalisinin çaya və qəhvəyə sevgisinə görə ən balanslaşmış ölkə Avstraliyadır. Burada əhali bərabər səkildə hər iki içkidən yararlanır. ABŞ-da isə qəhvə sevənlərin sayı çay içənlərdən 3 dəfə çoxdur.

Coğrafi baxımdan isə Asiya dövlətləri daha çox çaya, Şimali və Latın Amerika, Avropa ölkələri isə daha çox qəhvəyə üstünlük verirlər.

Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR