Kərbəlaya ziyarətə gedən İmişli rayonunun axundu orada dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu ayın əvvəllərində digər azərbaycanlı zəvvarlarla İraqa - Kərbəla ziyarətinə yola düşən Yusifov Davər Qafar oğlu orada itkin düşüb. Bir müddət sonra isə Davər Yusifovun Kərbəlada insanlar arasında sıxlığa düşərək dünyasını dəyişidiyi bildirilib.
Bu barədə Trend-ə axundun yaxınları xəbər veriblər. Onların dediyinə görə, ziyarətdə insanların sıx olduğu bir yerdə axundun ürəyi tutub və o dünyasnı dəyişib. Hazırda onun meyiti Kərbəla xəstəxanasının morqundadır.
Xatırladaq ki, D.Yusifov İmişli rayon Sarıxanlı kəndinin axundudur. Bir neçə gün əvvəl onun itkin düşməsi barədə xəbər vermişdik.
Xəbər 456 dəfə oxunub.