Azərbaycanlı turistlər ən çox çadırlarda yaşamağa üstünlük verir

Azərbaycanlı turistlər ən çox çadırlarda yaşamağa üstünlük verir

Hotel və kirayə evlər baha olduğu üçün maraq azalıb.

Avqust ayında havanın isti keçməsi Nabran istirahət zonasına gələn turistlərin sayını xeyli artırıb. 

Aktual.az  AZƏRTAC-a istinadən xəbər verir ki, çimərlikdə və təbiət qoynunda dincələnlər əsasən hotel və yerli sakinlərə məxsus fərdi evlərdə qalmağa üstünlük verirlər.

Amma son illər çadırlarda gecələyən turistlərin sayı da kifayət qədər çoxalıb. İndi şimal bölgəsinin istənilən turizm zonasında çadır quraraq dincələn turistlərə rast gəlmək olar.

Artıq 5 ildir yay fəslində çadırda qalaraq müxtəlif yerlərdə istirahət edən Nəcəfovlar ailəsi bu dəfə Nabran istirahət zonasını seçib. Ailə başçısı Pənah Nəcəfov müsahibəsində bildirib ki, çadırda dincəlmək çox ucuz başa gəlir: 

“Biz hər hansı istirahət guşəsinə gedəndə ənənəvi olaraq çadırdan istifadə edirik. Olduqca sərfəlidir. Məsələn bir həftə hoteldə və kirayə evdə qalsaq, ən azı 200 manat ödəməliyik. Çadırda qaldıqda isə bu vəsaiti digər işlərimizə sərf edirik”.

Çadırda qalmağın daha bir üstünlüyü isə dincələcəyin yeri sərbəst seçə bilmək imkanının olmasıdır. Hotel və ya evdə gecələyən zaman mütləq geri qayıtmalısansa, çadırla gəzintiyə çıxanda bu, problem deyil. İstənilən yerdə çadırı qurub gecələmək mümkündür.

Bu zaman yalnız təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Turistlər vəhşi heyvanların hücumuna məruz qalmamaq üçün əsasən yaşayış məntəqələrinə yaxın yerlərdə məskən salırlar.

Çadırdan istifadə edən turistlərin ən çox xoşuna gələn bir məqam da meşələrdə və ya dağların ətəyində gecələməkdir. Bu turizm növünə ekstrim sevən insanlar daha çox üstünlük verirlər.

Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR