Lider Televiziyasının aparıcısı Günel Gözəlova avtomobil qəzasına düşüb.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, avtomobilinin fotosunu sosial şəbəkədə paylaşan teleaparıcı hadisə haqda qısa məlumat verib:
“Şükür ki, heç kəsin canına qıymadım! İlk düşündüyüm bu oldu, bir an belə öz canımı, malımı düşünmədim. Allahın özünə, adına min don geyindirənlər, 4-cü dəfə Allahın necə məni qoruduğunun şahidi oldum. Allah imanımızı, inamımızı əlimizdən almasın”.