O, rekord vurub.
Klaypedə (Litva) 23 və 20 yaşa qədər idmançılar arasında ağır atletika üzrə Avropa çempionatı keçirilir.
Azərbaycanlı ştanqaçı Firudin Quliyev 23 yaşa qədər, 69 kq çəki kateqoriyasında Avropa çempionu olub. Ümumilikdə o, 328 kq qaldırıb. Bundan başqa, Quliyev təkanla 184 kq qaldıraraq Avropanın gənclər rekordunu vurub.
Daha öncə Firudin Quliyev gənclər arasında Avropa çempionu, gənclər və böyüklər arasında dünya çempionatının mükafatçısı, Kazanda Universiada-2013-ün qalibi olub. Ona qədərAllahyar Abışov (62 kq) 20 yaşa qədər ştanqaçılar arasında yarışlarda bürünc medal qazanıb.\oxu.az