Ukraynanın Donetsk və Luqansk ərazilərində Rusiyanın 2081 vətəndaşı ölüb və itkin düşüb.
Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, bu, 2016-cı il martın 1-nə olan göstəricidir.
"Fidel" ləqəbli Ramil snayper olub.
Bu barədə hüquq müdafiəçisi və "Yük-200: Ukraynadan Rusiyaya" cəmiyyətinin təsisçisi Yelena Vasilyeva bildirib.
Vasilyeva həmçinin Ukraynanın şərqində həlak olan və itkin düşən rusiyalıların yenilənmiş siyahısını elan edib.
Hüquq müdafiəçisinin açıqladığı ölənlərin siyahısında azərbaycanlının da adı var. Siyahıda 136-cı sırada yer alan azərbaycanlının adı Ramil Huseynlidir.
"Fidel" ləqəbli Ramil (21.05.1977 – 01.01.2015) Kazanda yaşayırmış və snayper olub. Hüquq müdafiəçilərinin məlumatına görə, onun cəsədi "Yük 200-lə" Azərbaycana göndərilib.