Azərbaycanlı qumarbaz 334 min avro uddu

Azərbaycanlı qumarbaz 334 min avro uddu

Son illər ərzində Azərbaycanda poker üzrə peşəkar oyunçular zümrəsi formalaşıb ki, onlar artıq beynəlxalq turnirlərdə iştirak edirlər və bəzən qələbə də qazanırlar. 

Aktual.az Oxu.Az-a istinadən  xəbər verir ki, yəqin ki, ölkənin ən məşhur və adlı-sanlı qumarbazı Ramin Hacıyevdir. 

O, bu günlərdə Maltada keçirilmiş turnirdə 334 min avro qazanıb.

Oktyabrın sonlarında Ramin Hacıyev Maltada keçirilən Avropa Poker Turunun sonuncu mərhələsinin final masası arxasına əyləşmək hüququ qazanmış altı oyunçudan biri olub. 

Qeyd edək ki, "TOP-6” sırasına düşməyin özü hər bir oyunçuya 98700 avro mükafat qazandırır. Bu azmış kimi, Ramin Hacıyev poker ictimaiyyəti tərəfindən bu mərhələnin hayrolleri adlandırılıb. Poker terminologiyasından baş çıxarmaqda çətinlik çəkən oxucularımıza bildirək ki, hayroller dedikdə, inanılmaz yüksək limitlərdə oynamaq bacarığı olan və çox böyük məbləğlərdə "stavka” edən oyunçular nəzərdə tutulur. 

Belə insanlar üçün bir neçə saat ərzində yarım milyon, bəzən isə 1 milyon dollar uduzmaq adi işdir. Halbuki, adi bu qədər pulu qazanmağa bir ömür də bəs etməyə bilər.

Azərbaycanlı qumarbaz yarışın yalnız həndszap (yalnız iki oyunçunun iştirak etdiyi) mərhələsində Yeni Zelandiya təmsilçisinə uduzub.

Final masasının yekunu: Devid Yan - 465800 avro, Ramin Hacıyev - 334400 avro, Aleksey Xoroşenin - 217400 avro, Maks Silver - 164030 avro, Nikita Bosyakovski - 127400 avro, Ole Şemion - 98740 avro. 
 
Aktual.az 
Xəbər 1082 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR