Azərbaycanlı qız sevgilisinə bu mesajı göndərib İNTİHAR ETDİ - FOTO

Azərbaycanlı qız sevgilisinə bu mesajı göndərib İNTİHAR ETDİ - FOTO

Türkiyənin Aydın şəhərində Azərbaycan əsilli qız intihar edib.

Aktual.az baku.ws-ə istinadən xəbər verir ki, 22 yaşlı Hicran Novruzova birlikdə yaşadığı sevgilisi ilə problemlərinə görə özünü asıb. Stulun üzərinə çıxıb boynuna ip keçirən qız şəklini çəkib sevgilisinə göndərib. Şəklin altına "intihar edirəm" deyə yazan qız daha sonra həyatına son qoyub. 

Hadisə ötən gün baş verib. Hicranın Aydında bir pabda ofisant işlədiyi və psixoloji problemləri olduğu iddia olunur. Məlum olub ki, qızın sevgilisi də ofisiantdır. Mesajı gördükdən sonra sevgilisinə zəng edən oğlan bir nəticə əldə edə bilməyib. Gənc dərhal polisə və təcili tibbi yardıma məlumat verib. Evə girən polis Novruzovanın cansız bədəni ilə qarşılaşıb. 

Hadisə yerində edilən araşdırmanın ardından Novruzovanın cəsədi yarılmaq üçün tibbi ekspertizaya göndərilib.

Sevgilisinin cəsədi evdən çıxarılarkən göz yaşlarına boğulan oğlanı isə polislər sakitləşdiriblər.
 
Aktual.az
Xəbər 4143 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR