Türkiyədə əcnəbi qadınları fahişəliyə məcbur edən, aralarında azərbaycanlının da olduğu 11 qadın saxlanılıb.
Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, Ankarada keçirilən əməliyyat zamanı aralarında əcnəbi əsilli qadınların da olduğu, fahişəliklə məşğul olan dəstə ələ keçirilib. Məlumata görə, dəstəyə başçılıq edən Nəslihan K. qadınların pasportlarını əllərindən alaraq onların ölkədən çıxmağına imkan verməyib.
Araşdırma zamanı məlum olub ki, əcnəbi qadınlarla ünsiyyət qurub, onları fahişəliyə cəlb edənlərdən biri də Azərbaycan əsilli Aminet A.-dır. Polisin keçirdiyi əməliyyat zamanı dəstənin 11 üzvü saxlanılıb. Şübhəlilərdən 4 nəfər isə qaçıb.