Türkiyədə iki azyaşlı uşağını döyən azərbaycanlı qadın həbs olunub.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, polis İzmirdə yaşayan 28 yaşlı Vüsalə N. adlı qadının uşaqlarını döyməsi ilə bağlı məlumat alıblar. Məlumat əsasında qadın və əri saxlanılıb. Müayinə zamanı 4 və 6 yaşlarında olan qız uşaqlarının döyüldüyü təsdiqlənib.
Ana həbs olunub, ögey atanın isə günahı olmadığı təsdiqlənib. Qadının fiziki şiddətinə məruz qalan qızlar isə uşaqlar evinə təhvil veriliblər.
Aktual.az
Xəbər 662 dəfə oxunub.