Sentyabrın 15-də İstanbulda TÜRKSOY XVIII Opera Günləri başlayacaq.
Aktual.az "AZƏRTAC"a istinadən xəbər verir ki, doqquz gün davam edəcək konsertlər Türkiyə və Şimali Kiprdə keçiriləcək.
Azərbaycanı bu konsertlərdə Dövlət Akademik Opera və Balet Teatrının solistləri Fəridə Məmmədova (soprano), İlham Nəzərov (tenor) və balet cütlüyü Ayan Eyvazova və Anar Mikayılov təmsil edəcəklər.
Təşkilata üzv ölkələrin opera və balet ustaları sentyabrın 15-də İstanbulda, 17-18-də Şimali Kiprdə, nəhayət, sentyabrın 23-24-də Antalyada konsert verəcəklər.
Opera günlərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan muxtar qurumlarından, Çin və Şimali Kiprdən ümumilikdə 24 sənətçi iştirak edəcək.
TÜRKSOY Opera Günlərinin iştirakçıları Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sentyabrın 5-dən 24-dək qədər Antalyada keçirəcəyi XXII Beynəlxalq Aspendos Opera və Balet Festivalına da qatılacaqlar.