Xəbər verdiyimiz kimi, “Lukoyl” şirkətinin vitse-prezidenti Azat Şamsuarovun 20 yaşlı oğlu Ruslan mayın 25-də “Mercedes-Benz Gelandewagen” avtomobili ilə Moskvada avtoşluq edib. Gənc oğlan dostları ilə onu təqib edən polislə “əylənərək” təslim olmayıb və hadisə yerindən çəkilmiş videonu “Periscop”a yerləşdirib. İnsident barədə məlumat video “Youtube” kanalına qoyulandan sonra məlum olub.
Aktual.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, mayın 26-da avtomobili idarə edən şəxs, Moskva sakini Məcidov Abduvahoba 15 günlük həbs verilib. O, polis əməkdaşına qarşı itaətsizlik göstərdiyinə görə cəzalandırılıb. Bu gün isə A.Şamsuarovun oğluna qarşı “xuliqanlıq” maddəsi üzrə cinayət işi açılıb. Bu barədə “Life” xəbər portalı məlumat dərc edib.
Nəşrin xəbərinə görə, hazırda gənc oğlan axtarışdadır.
Qeyd edək ki, “Lukoyl” şirkəti azərbaycanlı iş adamı Vahid Ələkbərovundur. Şirkətin vitse-prezidenti Azat Şamsuarovun oğlu Ruslan hadisəyə görə üzr istəyib: “Söz verirəm ki, bir daha belə hadisə olmayacaq. Biz bu hadisənin şahidi olan hər kəsdən üzr istəyirik”.
// Aktual.az