“Abşeron” qrupunun solisti Şəhriyar Məhərrəmovun evi yanıb.
Aktual.az lent.az-a istinadən xəbər verir ki, məlumatına görə, bu barədə ifaçının özü məlumat verib: “Qısaqapanmadan evimiz yanıb kül oldu. Bir corab belə çıxara bilmədik. Bütün əşyalarımız yandı. Bu da mənim yay istirahətim”.
Qeyd edək ki, Kürdəmir rayonu, Yenikənd kəndində yanan ev ifaçının ata yurdudur.