Azərbaycanlı müğənni ölümcül yol qəzasında ittiham olunur

Azərbaycanlı müğənni ölümcül yol qəzasında ittiham olunur

24 yaşlı Azərbaycan vətəndaşı Elbrus Canmirzəyev ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol hərəkəti qaydalarının pozulmasında ittiham olunur.

Aktual.az report-a istinadən bildirir ki, müğənni olan E.Canmirzəyeva qarşı cinayət işi Rusiyanın Krasnodar vilayətinin prokurorluğu tərəfindən məhkəməyə göndərilib.
Qəza ötən il dekabr ayının sonlarında Armavir yaxınlığındakı trasda baş verib. Sürücülük vəsiqəsi olmayan müğənni "Lexus" markalı avtomobillə qaranlıq vaxtı eyni istiqamətdə qarşıda hərəkət edən "Skaniya" yük maşınına çırpılıb. Qəza nəticəsində müğənninin 34 yaşlı prodüseri Kamran Əmirov həyatını itirib.

Xəbər 640 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR