Azərbaycanlı miqrantlar AZAL-ın təyyarəsini gecikdirdi

Azərbaycanlı miqrantlar AZAL-ın təyyarəsini gecikdirdi

Sankt-Peterburq- Bakı aviareysi azərbaycanlı miqrantlara görə geçikib.

AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhərin “Pulkovo” hava limanından Bakıya uçmalı olan reysdə Rusiya ərazisində qalma şərtlərini pozan azərbaycanlı miqrantların ölkədən çıxarılması proseduru ləngiməyə səbəb olub.

Bakı təyyarəsi nəzərədə tutulan vaxtdan bir saat gec uçmalı olub.

Sərnişinlərin sözlərinə görə, Azərbaycan hava Yollarına məxsus təyyarə saat 22:55-də (Rusiya vaxtı ilə) havaya qalxmalı idi. Lakin miqrantların yola salınması ilə bağlı bürokratik əngəllər reysi gecikdirib.

Aktual.az 

Xəbər 446 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR