Azərbaycanlı milyarder İranda neft çıxaracaq

Azərbaycanlı milyarder İranda neft çıxaracaq
  • DÜNYA

LUKOİL-un rəhbəri Vahid Ələkbərov keçən həftə İranda səfərdə olub və şirkətin bu ölkədə bir neçə hasilat layihələrində mümkün iştirakı barədə razılığa gəlib, mübadilə əməliyyatlarının müzakirə edildiyi də istisna olunmur.

Aktual.az Oxu.Az-a istiandən xəbər verir ki, bu barədə jurnalistlərə RF Energetika Nazirliyinin rəhbəri Anatoli Yanovski bildirib.

"Mən bilirəm ki, keçən həftə Aleksandrov İranda idi. Onlar LUKOİL-un bir neçə hasilat layihəsində mümkün iştitakına dair razılığa gəliblər", - Yanovski deyib.

Keçən həftə yanvar ayının 24-də İranın Press TV kanalı İran milli neft şirkətinin (NİOC) neft yataqlarını kəşfiyyatı şöbəsinin rəhbəri Hörmoz Kalavanda istinadən İran və LUİKOİL-un karbohidrat yataqlarının axtarışı üzrə 6 milyard dollar məbləğində saziş bağladıqlarına dair məlumat yayıb. Bu məluamta dair LUKOİL şərh və təsdiq verməyib.

Yanovski jurnalistlərlə söhbətdə LUKOİL-un İran ilə neft satışı, eləcə də mübadilə əməliyyatlarının müzakirə edildiyini də istisna etmir.

"Neft satışı üzrə məsələlər də müzakirə edilib. Düşünürəm ki, mübadilə əməliyyatları da müzakirə edilib, çünki LUKOİL-un Xəzərdə və Xəzərə çıxış ilə Volqada NEZ-i var, ona görə də çox güman ki, mübadilə əməliyyatları da müzakirə edilib. Yəni Rusiya nefti İrana, şimala çıxarıla bilərdi, İran isə bunun qarşılığında İran körfəzində LUKOİL-a və ya digərlərinə müvafiq neft həcmini tədarük edə bilərdi", - nazir müavini ehtimal edib.

Xəbər 510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR