Azərbaycanlı milyarder icra hakimiyyətini məhkəməyə verdi - FOTO

Azərbaycanlı milyarder icra hakimiyyətini məhkəməyə verdi   - FOTO

İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.

“Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Göyçay Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

Aktual.az-in “Report”-a istinadən xəbər verir ki, QSC icra hakimiyyətinin sərəncamının ləğv edilməsini tələb edir.

İddiaya əvvəlcə Şəki İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Məhkəmə iddianı təmin etməyib.

Şəki Apellyasiya Məhkəməsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin aktını ləğv edərək yeni qərar qəbul edib.

İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Aznar” QSC-nin Müşahidə Şurasının sədri azərbaycanlı milyarder Fərhad Əhmədovdur. F.Əhmədov hazırda Rusiya Federasiyasında yaşayır.

“Aznar” QSC-nin ofisi Göyçay şəhərindədir.

Xəbər 593 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR