Azərbaycanlı milyarder edam olunacaq - ACI SONLUQ

Azərbaycanlı milyarder edam olunacaq  - ACI SONLUQ

İranda ölüm hökmünə məhkum edilən gənc milyarder Babak Zəncanin edam cəzası dəyişdirilə bilər.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın ədliyyə naziri Mustafa Pur Məhəmmədi edam cəzası alan Babək Zəncaninin dövlətə olan 2,8 milyard dollarlıq borcunu geri qaytaracağı təqdirdə məhkəmənin qərarının dəyişə biləcəyini deyib.

Zəncaninin vəkili Rəsul Kouhpayezadeh isə məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

Qeyd eək ki, iş adamı İran dövlətinə qarşı 2,8 milyard dollarlıq dələduzluqda ittiham edilib. O, 2013-cü ilin dekabr ayında həbs edilib. Babak Zəncani Türkiyə, BƏƏ və Malayziyada aktivlərə malik Sorinet Group korporasiyasının rəhbəridir.

B.Zəncani Türkiyədə ötən ilin dekabrın 17-də "Böyük rüşvət" əməliyyatı çərçivəsində həbs edilmiş azərbaycanlı milyarder, əslən Güney Azərbaycandan olan Rza Zərrabın iş ortağı kimi gündəmə gəlib.

// Aktual.az

Xəbər 7716 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR